İlanlı dərənin sirri

İlanlı dərənin sirri

"İlanlı dərənin sirri" nağıl kitabında dörd iri həcmli nağıl var. Onıardan ikisi tarixi faktlara əsasən yazılıb. - "Yada daşı",  "İlanlı dərənin sirri" belə nağıllardandır. Nəsihəttamis və əyləncə xarakterli nağıılardan olan "Bəxt axtaran qız" , "Şahzadə və Fidan nağıllarıdır". "İlanlı dərənin sirri" nağılı qorxulu və yalnız böyüklərə aid olan mətndən ibarətdir: "Quzu təkin çox yol getdi, yağışa düşdü, amma dayanmadı, palçıqdan keçdi durmadı, yenə qalxdı, qalxıb yoluna davam elədi. Bir də isti yerə çatanda, ayağına ilan sarılmasını hiss edəndə başa düşdü ki ilanlı dərədədi..."

Bəxt axtaran qız nağılında bəxt quşu gözəl qıza vurulur. Onu xoşbəxt olmağa qoymur. Özü də ona yaxın durra bilmir. Çünki biri quş, biri isə insan. Qızın başına nələr gəlir… 

Saçları əfi ilana dönüb qızı sevəni zəhərləyir. Bəxti qara gətirir. Dəhşətli seldən kim qızı xilas edir? Sevgilisini ölümdən xilas edə bilirmi? Hər insanın bəxt quşu var? Qaraçı qızı Gözəlin falına baxıb niyə ağladı? 

 

 

Bəxt axtaran qız
Yada daşa (tarixi nağıl)
Şahzadə və Fidan
İlanlı dərənin sirri (tarixi nağıl)