Özünü indidən tap

Özünü indidən tap

(Hekayə)

Yeniyetmə oğlan dərsə gedir. Qonşuluqda yaşayan beli bükülmüş bir qoja da səhər tezdən evdən çıxır. Onların yolu birdir. Hər ikisi yol gedə-gedə söhbət edirlər:

Yeniyetmə qaşqabaqla soruşur:

- Əmi, bu yaşda hər səhər durub işə gedirsən. Özü də mən biləni özün də elə imkansız deyilsən. Bezdirmir səni səhərin şirin yuxusundan oyanıb işə getmək? Sənin yerində olsam, məni səhərlər şirin yuxudan heç kəs oyada bilməz.

- Mən sevimli işimdəyəm. Sevimli işdə olanda isə həmin iş heç vaxt insanı bezdirmir. Səhər tezdən işə getmək mənə çox xoşdur. İşim mənə sevinj gətirir.

- Mən də istəyirəm gələjdəkdə elə sevimli İşim olsun ki, həmin sənəti seçdiyimə peşman olmayım. Sevimli işim olmaq üçün nə etməliyəm? Nə olar, mənə məsləhət ver!

- Hansı işdən lap çox xoşun gəlir?

- İndi mənim çox işdən xoşum gəlir. Sənin kimi rəssam olmaqdan da, gəmi kapitanı, pilot, həkim, müəllim, hüquqşünas, hətta sürüjü, idman təlimçisi, olmaqdan da xoşum gəlir. Hazırda dərslərimi oxumağa çalışıram ki, savadsız olmayım. Amma eyni vaxtda bütün günü beynimdə fırladıram ki, böyüyəndə nə işlə məşğul olum, hansı sənəti seçim, tapa bilmirəm. Elə sevimli peşələr var ki, onunla məşğul olanda uzun illər sənə lazım olan qədər pul qazana bilmirsən. Sənə çox pul gələnə qədər də javanlıq gedir, pulu xərjləmək həvəsi də azalır. Amma yaxşı yaşamaq üçün adama pul çox vajibdir.

- Bu çox çətin işdir, gələjəkdə özünü xoşbəxt görmək istəyirsənsə, hər səhər erkən durub həvəslə işə yollanmaq istəyirsənsə, əvvəljə özünü tapmalısan. Əgər sən sağlamsansa, deməli ürəyin istəyən hər hansı bir işi sənəti özün üçün seçə bilərsən. Amma bunun üçün əvvəljə özünü axtarıb-tapmalısan. Ürəyinjə olmayan işdə işləyib çoxlu pul qazana bilərsən. Məsələn, tijarətlə, komersiya ilə məşğul olub. Amma yadında saxla ki, elə dövlətli adamlar var ki, onlar çox darıxırlar. Çünki onların sevimli işləri yoxdur. Bunu onlar yalnız gənjlik illəri başa çatanda hiss edirlər. Yeniyetmə dövrü və gənjlik dövrü insanın həyatının ən məsuliyyətli dövrüdür. Həmin dövrdə yeniyetmə özünün gələjək həyatını seçir. Gənjlik dövründə isə özünə gələjək həyat yoldaşı seçir. Yanlış seçimdən isə insan həyatı boyu ya xoşbəxt olur, ya da həyatı boyu əziyyət çəkir. Bu yanlış addımı etməməkçün sən mütləq əvvəljə özünü axtar.

- Özümü tapmaq üçün nə etməliyəm?

- Bunun üçün əvvəla sənət seçərkən ürəyinin səsinə qulaq as! Ürəyinin səsini eşit! Ən çox xoşladığın, sevdiyin sənətin ardınCa get! BaCarığını, gücünü nəzərə al! Bir vaxt yarımçıq qoyacağın işin arxasınca getmə! Dərindən düşün, daşın, sonra həyat səfərinə çıx! Çoxlu müdrik, nəsihətamiz kitablar oxu! Sadə dildə tərcümə olunmuş Qurandan başla, Qabusnamə və sətirlərindən dürr tökülən qiymətli kitablar oxu! Hər bir kitabı oxuyandan sonra özün-özünü daha da yaxşı tanımağa başlayacaqsan. Biləcəksən ki, sən kimsən və hansı sənəti seçmək istəyirsən! Sonra isə həyatda sevimli işi, gözəl ailəsi və rahat evi olan qoca adamlara yaxınlaş, onlarla söhbət et, onlardan məsləhət al, bu da sənə çox kömək edər. Bütün nəsihətlərə qulaq as və sonda öz dərrakənlə, öz ürəyinin səsi ilə öz qərarını ver! Sonra istəyin, arzun və bacarığını nəzərə alaraq sevdiyin peşəni seç. Elə bu da özünü tapmaqdır.

Yeniyetmə qocadan ayrılanda özündə elə bil yüngüllük hiss elədi. Belə bir müdrik insanla yol getdiyinə şad oldu. Elə bil çiynindən ağır yük götürüldü. Axı o nə vaxtdandı fikirləşirdi ki, hansı işdən, hansı elmdən yapışsın ki, gələcəkdə həmin sənət onu bezdirməsin.

Yeniyetmə gələcəyə rahat getməyin yolunu tapmaqda ona kömək etdiyinə görə qocaya minnətlar oldu.