Bu qədər oxumaq olar?

Bu qədər oxumaq olar?

(Hekayə)

Alim: -  Hər gün oxuyuram, amma mənə elə gəlir ki, bu gün yenə də çox az oxumuşam.

Alimin nəvəsi:  - Baba, bu qədər oxuyursan, bezdirmir səni bu qədər oxumaq? Bu elə darıxdırıjıdır ki…

Alim:   -   Bu sənin düşündüyün kimi deyil. Hər dəfə oxuyanda sən təzə bir şey öyrənirsən. Bu da çox maraqlı olur.

Nəvə:   -  Maraqlı odur ki, səni maraqlandıran şeylər haqda oxuyursan. Amma məktəbdə bəzən elə dərslər keçirlər ki, onlar mənim nəyimə lazımdır?

Alim:    - Bilik – var-dövlətdir, xəzinədir. Amma çox təəssüf ki, uşaqlar bəzən bunu yalnız məktəbi qurtarandan sonra dərk edirlər. Amma bu çox gej olur. Çünki şagirdin dərketmə, öyrənmə qabiliyyəti, iti yaddaşı, gözəl hafizəsi yalnız həmin illərdə olur. Uşaq vaxtı binr dəfə oxuyud yadda saxladığın şerri böyüyəndən sonra bir neçə dəfə oxuyandan sonra yadında qalır. Amma təəssüf ki, onda da bir yazını bir neçə dəfə oxumağa səbrin çatmır. Bunu sən də başa düşəjəksən. Bir misal göstərim sənə: Bax, heç görmüsən ki , bir valideyn uşağına desin ki, oxuma! Oxumaq nəyinə gərəkdir? Amma hamısı var qüvvələri ilə çalışır ki, uşaqları oxusun, savadlı olsun! Hətta məktəbdə çox pis oxumuş valideyn də çalışır ki, balası oxusun, əlaçı olsun. Sən sadəjə olaraq bunu tanıdığın adamlarda müşahidə etsən verdiyin sualın javabını özün taparsan.

Nəvə:    -  Axı mən özümü məjbur edə bilmirəm ki, istəmədiyim bir şeyi edəm!

Alim:     -  Onda sən istədiyin, arzu etdiyin bir işi ürəkdən, yüksək səviyyə ilə gör. Vaxtının çoxunu da ona sərf elə. Onda sən başqa elmləri də, başqa işləri də qiymətləndirməyi bajarajaqsan. 

Nəvə:  -  Bax, bunu etmək mənim üçün çətin deyil.