Danışma, sus!

Danışma, sus! 

Gəl danışaq», - deyib yolumu kəsmə! Nə danışaq? Sevgimizi yarıyolda qoyub itməyimizdənmi danışaq? Çıxıb çox-çox uzaqlara getməyimizdənmi danışaq? Ayrılıqdan, ortaya düşən nifaqdanmı danışaq? Danışma, sus, sevgimiz bizdən utanar, danışma, sus!..

Nə danışaq, nə dərdləşək?..

Təzədən sevgidən danışsaq, nə qayıdacaq? Nə qayıdacaq təzədən göz-gözə baxışsaq? Nə qayıdacaq?

Gəl danışaq, sevgi tapılıb, həsrət çıxıb gedəcəkmi, əgər danışaq! Təzədən danışsaq, hər şey təzələnəcəkmi? Gəl danışsaq! Nə gedəcək, nə qalacaq? Ürək istəməsə görüşə gələcəkmi? Gəl danışaq!

Ocağın külü qalıb, gəl təzədən alışdıraq, yanacaqsa, alışdıraq. Gəl danışaq. Bulaq quruyubsa əgər, gəl onu suyla dolduraq, dolacaqsa, gəl dolduraq. Heç bir zaman dolmayacayaq, danışma, sus! Gedən-gedib, itən-itib, gəl danışaq, danışsaq da, nə danışaq?.. 

Toxunma gəl, qərib qalan sevgimizə, danışma, sus! Gəl ayrılaq. Gəlib çatdıq iki yolun ayırıcına. Tale yolu ayrılmaqdır, gəl ayrılaq. Taleyimiz elə budur, sus, danışma, gəl ayrılaq! Qədərimiz elə budur, danışma, sus!!!