Gözlərimiz danışdı

Gözlərimiz danışdı

 Bir gün qarşılaşdıq. Bircə gözlərinə baxmaq istədim həmin an. Baxdım. Baxdım düz gözlərinin içinə. Gözlərimiz baxışdı. Biz danışmadıq. Gözlərimiz danışdı.

Mənə etdiklərindən xəcalət çəkən gözlərin utandığından baxışlarını yerə dikdi.

Mənimsə alnım düyünləndi, baxışlarım üsyan etdi: “Niyə belə elədin», - dedi; necə qıydın sevgimizə? Ay insafsız, ay vəfasız, niyə belə getdin, niyə? Heç utandınmı?

Gözlərin utandığından gözlərimə baxmırdı. Mənimsə gözlərim qan-yaş tökə-tökə danışırdı: Çıx get, bağışlamayacağam səni», - deyirdi. - «Çıx get, daha yoxsan mənim həyatımda, çıx get!».

Birdən göz qapaqlarını qaldırıb gözlərimə baxdın. Gözlərindən sevgi atəşi sıçrayıb gözümə doldu, sakit baxışlarla sanki “Səni sevirəm”, - deyə etiraf elədi.

Bayaqdan nifrətdən yerində oynayan gözlərim bir anda sakitləşdi. Alnımın düyünü açıldı. Gözlərim sakit-sakit “Mən də”, - söylədi.