Qarışqa yuvası

Qarışqa yuvası 

Bir qarışqa vardı - zəhmətkeş, əliqabarlı. Başını aşağı salar, işləyər, hey işləyərdi. Dindirəndə danışar, dindirməyəndə susardı. Ömrü-günü işləməklə keçmişdi onun. Qocalığında rahat yaşamaq üçün əziyyətə çox dözmüş, özünə yuva düzəltmişdi. Axırıncı çör-çöpləri daşıyırdı yuvasına ki rahat uzanıb-dincəlsin, illərin yorğunluğunu canından çıxarsın. 

Birdən yuvanın üstündən keçən bir fil ayağını qarışqanın üstünə qoydu. Qarışqa da, onun yuvası da filin ayağı altına yapışdı. Qarışqa dincəldi. Özü də həmişəlik.

Qisasçı şəlalə əfsanəsi

Kimim vardı

Didərgin Quşlar

Dostluq  səddi

Anamın portreti


NÖVBƏTİ SƏHİFƏ