Onlar bizik

Onlar bizik 

Bax göyərçinlərə, necə də gözəldirlər. Gözəl uçurlar. Dərdsiz, qəmsiz. Əlbəttə, dərdləri olsa, heç uçarlar? Sevməsələr,  qanad açarlar? Sevirlər. Sevgilidirlər. Sevgidən qanad açıb uçurlar. Necə də bəxtəvərdirlər. Bir an da olsa bir-birlərindən ayrılmırlar. Qonanda da bir yerə qonurlar. Gəl sənə bir sirr açım. Bizik onlar, inanırsan? Bizik. Əlbəttə bizik. Axı bizdən başqa kim bir-birini belə sevir?