Salamın əsdirdi məni

Salamın əsdirdi məni 

Salam verib ötüb keçdin, mən də salamını aldım. Elə bil lap yadlar kimi. Yad bir salam kəsdi məni. Salamın əsdirdi məni.  Bir anlığa gözdən itdin. Üzdə çox sakit görünüb qəlbən burulğana döndüm. Salam verib ötüb keçdin. Salamın əsdirdi məni. Salam kəsdi nəfəsimi.