Qurumuş çiçəklər

Qurumuş çiçəklər

Sığal çəkir bir çiçəyə bir həzin meh, sevgi ilə, nəvazişlə.    Çiçək baxır ona məhəbbətlə. Sevinir, nazlanır.

Dartıb yolur ləçəyini bir gün külək, yerə tökür, tapdalayır.

- Günahım nəymiş?

Çiçək soruşanda külək hiddətlənir, qışqırır, tüğyan etsə də Çiçək bilmir günahını:

- Günahım nəymiş?

Soruşanda külək bu dəfə daha da hirslənir, hirsindən-hikkəsindən tufana çevrilir, çiçəyi kökündən çıxarıb yerə çırpır. Çiçək ayaq altda tapdanır, saralır, solur.

Səhər külək sakitləşir, qonur təzə çiçəklərin ləçəyinə. Onları nəfəsiylə sığallayır, əzizləyir. Mehribanlıq göstərir onlara. Amma onun başına həmişə qurumuş çiçəklər dolanır.