Müqəddəs bayram

Müqəddəs bayram

(Hekayə)

Bütün müsəlmanların ən əziz bir bayramı – Müqəddəs Qurban bayramı var.

Bayram günündə sevdiklərini təbrik etməyi unutma! Bunu özünə borc bil!

Qurban bayramının belə bir tarixi var.

Sənin və mənim sevdiyim və bütün dünyadakı insanların sevdiyi O bir Allah istəkli Peyğəmbərlərdən biri olan Peyğəmbər İbrahimin Allaha olan məhəbbətini, etibarını yoxlamaq məqsədilə onu çox çətin sınağa çəkir. İbrahim Peyğəmbər Tanrı qarşısında and içir ki, onun tapşırığını edəcək. Veridiyi söz çox çətin də olsa, İbrahim Peyğəmbər Allahın ona buyurduğu kimi hərəkət edir.

 Bununla da müqəddəs Peyğəmbərimiz insanlara öyrədir ki, kim əgər söz verirsə, mütləq onu yerinə yetirməlidir.

 Sən də Peyğəmbərlərimizin yolu ilə get, onda bütün uğurlu yolların qapısı sənin qarşında taybatay açıq olacaq!

Müqəddəs Qurban bayramı gününü heç vaxt unutma!