Dəniz balası

Dəniz balası

Dəniz balası

Dəniz balası kitabında şah evlənmək istəyir, özünə qız axtarır. Dünyanın üç ən böyük ölkəsindən ən gözəl qızları seçib gətirirlər ki, şah bəyənib evləsin. Şah isə gözəllikdən başqa istəyir ki, seçdiyi qız həm də ağıllı olsun. Buna görə də onlara ən çətin suallar verir. Ən çətin suallara qulluqçusunun köməyi ilə tapan qız şahı aldadaraq onun arvadı olur.

Şah neçə ildən sonra evlənir, şahın oğlu olur. Amma onu aldadan qadından yox, şahın başqa kənizindən. Pis arvad uşağın doğulmasını gözləyir. Elə ki, uşaq anadan olur, onu yox etmək üçün dənizə atır. Uşaq isə boğulmur, əksinə su aslanın köməyi ilə sağ qalır, dəniz balasına çevrilib yaşayır. Necə yaşayır, kim onu xilas edir, qeyri adi, maraqlı hadisələrlə dolu nağılı mütləq oxumaq lazımdır.

İlham və Fərizə

İlham və Fərizə real həyatda baş vermiş faciənin nağıla çevrilmiş formasıdır. 1990-cı ilin 20 yanvarında Rus qoşunları müasir döyüş texnikası ilə silahlanaraq yenicə müstəqillik əldə etmiş Azərbaycana hücum elədilər. Dinc xalqa divan tutdular. Qoca, cavan demədilər, uşaqlara rəhm eləmədilər. Bir vaxtlar «böyük qardaş» dediklərimiz, qanımızı küçələrə axıtdılar.

Azərbaycan xalqının igid oğulları sinələrini düşmən tankının qarşısına sipər edib tarixə qanlı v şanlı səhifələr yazdılar: «Rus işğalçısı! Çıx mənim vətənimdən, ölərəm, sənə torpağımda yer vermərəm! Bu vaxta qədər mən sənin iç üzünü, xain, işğalçı üzünü tanımamışam! Sənə ocağımın yuxarı başında yer vermişəm! Özüm bir pay yeyəndə sənə iki pay vermişəm. Haramın olsun, rus!» dedilər. Və qəhrəmancasına həlak oldular.

Elə igidlərdən biri də İlham oldu. İgid ilham təzə evlənmişdi. Qolu qüvvətli, özü cəsarətli bir igid idi. Onu heç kəs getdiyi yoldan döndərə bilmədi. Nə vəzifəli rütbəlilər, nə gözü yaşlı anna, nə də canından çox sevdiyi sevgiisi. Vətən sevgisi İlhamın bütün sevgilərindən yüksəkdə durdu.

İlham vətəni canı ilə, qanı ilə qorudu. Sevgilisi, etibarlı yarı Fərizə isə nə qədər istədisə də İlhamsız yaşaya bilmədi. İgid yarını sonsuz məhəbbətlə sevən Fərizə «Mənə deməyin İlhamsız yaşa!», edib canına qəsd eləyərək bütün məhəbbət dastanlarından yüksəkdə duran bir məhəbbət dastanı yaratdı.

Elə həmin faciəni də Gülzar nənə təxəllüslü nağılçı nənə – yəni yazıçı Gülzar İbrahimova nağıllaşdırdı ki, gələcək nəsillərə çatdırsın.

Qoy xalq ö qəhrəmanlarını tanısın.   

Dəniz balası
İlham və Fərizənin nağılı