l bənd
Mənim bir gözəl yurdum,
Çox mehriban elim var, 2 dəfə
Danışanda bal dadan,
Azərbaycan dilim var!
Mənə doğma, mənə əziz,
Azərbaycan dilim var... 2 dəfə
Nəqarət
Dilim Nizami dili,
Fizuli qəzəlidir,
Dilim Dədə Qorqudun,
Kecmişi, əzəlidir,
Həm də Ata-Anamın,
Məni sevdiyi dildir,
Mənim doğma dilimdir,
Azərbaycan dilimdir! 2 dəfə
ll bənd
Var min illik tarixim
Nağılım, dastanım var, 2 dəfə
Tükənməyən sərvətim,
Azərbaycan dilim var.
Mənə doğma, mənə əziz,
Azərbaycan dilim var. 2 dəfə
Nəqarət
Dilim Nizami dili,
Fizuli qəzəlidir,
Dilim Dədə Qorqudun,
Kecmişi, əzəlidir.
Dilim Ata-Anamın,
Məni sevdiyi dildir,
Mənim doğma dilimdir,
Azərbaycan dilimdir! 2 dəfə
Müəllif: Gülzar İbrahimova