l bənd
Dünyanın bir arzusu var,
Bitsin qoy bütün davalar,
Onda Dünya ağlamazdı,
Gözlərdən kədər yağmazdı.
Nəqarət
Sülh, sülh, sülh,
Gəlin əl-ələ tutaq
Sülh, sülh, sülh,
Gəlin sülhü qoruyaq!
ll bənd
Dünya daha bezar olub,
Dava-dalaşdan yorulub,
Dünyanın bir arzusu var,
Dünyanın sülh arzusu var.
lll bənd
Dünya istər ki, həmişə,
Dronlar qalxanda göyə,
Səpsinlər rəngarəng şarlar,
Sevinsin bütün uşaqlar!...
Nəqarət
Sülh, sülh, sülh,
Gəlin əl-ələ tutaq
Sülh, sülh, sülh,
Gəlin sülhü qoruyaq!
Müəllif: Gülzar İbrahimova