Gözəl Bakım

          l bənd

Ey doğma, əziz şəhərim,
Mənim nur saçan səhərim
Gözəldir mavi Xəzərin,
Sahilində gül-çiçəyin. 

          Nəqarət

Bakım sənə göz dəyməsin,
Şan-şöhrətin tükənməsin,
Xoş açılsın hər sabahın,
Gözəl Bakım, gözəl Bakım...

              ll bənd

Bakım, heyranam mən sənə,
Sən candan əzizsən mənə, 
Hər gün seyrinə çıxaram,
Sənə mahnılar qoşaram...

           Nəqarət

Bakım sənə göz dəyməsin,
Şan-şöhrətin tükənməsin,
Xoş açılsın hər sabahın,
Gözəl Bakım, gözəl Bakım...

 

                                  Müəllif: Gülzar İbrahimova