Türk, uca tut bayrağı,
Fərəhlənsin türk xalqı,
Düşməninə göz dağı,
Yaşa, TÜRKÜN BAYRAĞI!
Türkə qənim kəsilən,
Eşit, bil, mən də türkəm!
Qardaşım türk, bacım türk,
Ən yaxın sirrdaşım türk...
Əcdadım türk, babam türk,
Nəslim-nəcabətim türk,
Dədəm Qorqud, Atatürk,
Biri-birindən müdrik...
Babamdır, Ulu Heydər,
Vətəninə nə qədər,
Yaxşılıqları dəyib,
Xalq rəhbərini sevib...
Hər üçü xalq yolunda,
Canlarından keçiblər,
Yaxşılıqdan, düzlükdən,
Dünyaya dərs keçiblər...
Türk nə düşmən bağışlar,
Nə xaini unudar.
Nə də pislik edənin,
Qisasın yerdə qoyar...
Qoy bilməyən də bilsin,
Bütün DÜNYA eşitsin!
Nə silahdan, nə oddan
Türk xalqı deyil qorxan!
Türk heç vaxt andı pozmaz,
Türk dostu darda qoymaz,
Daha heç vaxt ayrılmaz,
Türkiyə, Azərbaycan!
Müəllif: Gülzar İbrahimova