Elə ki gəldi bahar,
Qayıtdı qaranquşlar.
Səs-səsə verib onlar
Şən mahnı oxudular
Soruşdu uşaq quşdan: -
- Xəbərin var hər yandan,
Dünyanı gəzib-gəldin,
Haranı çox bəyəndin?
- Çox şirin olur Vətən!
- Yəni, şirindir, qənddən?
- Ondan da şirindir Vətən!
- Bal kimi şirindir,desən?
- Onu balla bir tutma sən,
- Baldan da şirindir Vətən!
- Bunu yaxşı bilirəm mən,
- Baldan çox şirindir Vətən!
Çox bal yesə adam doyar
Heç Vətəndən doymaq olar?
Mən Vətənimi sevirəm!
Vətənimlə fəxr edirəm!
Müəllif: Gülzar İbrahimova