Dünyanın bir arzusu var,
Bitsin qoy bütün davalar,
Onda Dünya ağlamazdı,
Gözlərdən kədər yağmazdı.
Bütün silah zavodları,
İşləməzdi, dayanaydı,
Onların direktorları,
Ömürlük işsiz qalaydı.
Nüvə düzəldən zavodlar,
Alt-üst olub, dağılaydı,
Düzəltdikləri silahlar,
Qutularda pas ataydı.
Yanaydı bütün silahlar,
Bitəydi bütün savaşlar,
Kim ki verir savaş əmri,
Yanaydı ağzında dili.
Dünya istər ki, həmişə,
Dronlar qalxanda göyə,
Səpsinlər rəngarəng şarlar,
Sevinsin bütün uşaqlar!...
Dünya daha bezar olub,
Dava-dalaşdan yorulub,
Dünyanın bir arzusu var,
Dünyanın sülh arzusu var.
Müəllif: Gülzar İbrahimova