Bayrağımı təbrik etdim

                                                                           
Bayrağımın qarşısında dizüstə çökdüm,
And içərək əyilib, onu öpdüm!
Dedim, son döyüşə gedirəm, Vətən,
Düşmən gülləsinə tuş olsam da mən,
Şəhid olsam, təki Vətən sağ olsun,
Gözəl yurdum, Azərbaycan, var olsun!

Bayrağımın qarşısında and içdim, söz verdim mən, 
Torpağımdan yox olacaq bir gün o mənfur düşmən.
İgidlərim Cıdır düzündə yenə at çapacaq, 
Qarabağın şikəstəsi Şuşaya yayılacaq!

Qayıdacaq, yenə bizə əsir düşmüş torpaqlar, 
Şadlıq edib, sevinəcək, bütün ellər-obalar
Tarix təkrar olsun, deyə, düşmənini, həmin an,
Həmişəlik məhv edəcək, Müstəqil Azərbaycan! 

 

                                                            Müəllif: Gülzar İbrahimova