Məğrur xalqım ayağa qalx,
Düşmənlərdən qisas alaq!
Azad edək Qarabağı,
Yerlə-yeksan olsun yağı!
Qoy həmişə uca olsun
Dünya önündə başımız,
Qoy həmişə qürur ilə
Dalğalansın Bayrağımız!
Bir gün xalq qalxdı ayağa
Sarıldı odlu silaha,
Azad etdi Qarabağı
Yerlə yeksan oldu yağı!
O gündən də qürur ilə
Dalğalandı Bayrağımız!
Zəfər, Qələbə gününü,
Bayram elədi xalqımız!
Müəllif: Gülzar İbrahimova