Azərbaycan dilimdir 


Mənim gözəl, mehriban, 
Çox müdrik bir elim var,
Danışanda bal dadan, 
Azərbaycan dilim var!

Bir körpə sevgi ilə,
Dil açsa, desə, "ana",
O gündən də həmin dil, 
Hopmuş olar qanına.

Yad dil doğma dil kimi,
Mənim qəlbimə yatmaz.
Necə yaxşı bilsəm də,
Ruhuma sevgi qatmaz! 


Mənim üçün yad bir dil,
Ana dil ola bilməz,
Çünki heç vaxt beynimdə,
Düşünmürəm yad dildə.

Dilim dilimə yatar,
Dilim bal-şəkər dadar. 
Hər dilin gözəlliyi,
Elin aynası olar.

Dilim Nizami dili,
Fizuli qəzəlidir,
Şəhriyar sadəliyi,
Dahilərin dilidir.
 
Dilim Ata-Anamın, 
Məni sevdiyi dildir,  
Mənim Ana dilimdir,
Azərbaycan dilimdir!

 

                          Müəllif: Gülzar İbrahimova 

 

 

Laylay ay canım, gözüm

Bəxtəvər qarışqa

Dünyanın bir arzusu var

Toppulu-topuş küftələr

“Oğul”, - dedi mənə Vətən


NÖVBƏTİ SƏHİFƏ