Qusar yaman dəyişib,
Daha da gözəlləşib,
Dünyanın çox gözəl bir,
Diyarına çevrilib.
Qışda örtür ağ örpək,
Dönüb olur bir mələk.
Yayda olur lap qəşəng
Başına qoyub çələng.
Bülbüllər sanki burda,
Daha da şən oxuyur.
Tanrı verən gözəlliyi,
İnsanlar da qoruyur.
Zirvədən baxır Şahdağ,
Sən bir gözəlliyə bax!
Ləzə, Şahnabat, Qurqur,
Baxanı heyran qoyur.
Şahdağ şah zirvəzisidir,
O, dağ oğullarının,
İgidlik səlnaməsi,
Qəhrəmanlıq səsidir!
Yalnız burda toxunar,
Əlvan sumax xalılar.
Dönüb uçan xalçaya,
Səs salarlar dünyaya.
Burda hər millətdən var:
Avar, rus, ləzgi, tatar.
Hamı "can qardaş" olar,
Mehriban yaşayarlar.
Vətənin xoş günündə,
Sevinərlər bir yerdə.
Vətənin dar günündə,
Onlar dayanar öndə.
Qusar yaman dəyişib,
Daha da gözəlləşib.
Bircə heç dəyişməyib
Mehriban Qusarlılar.
Əvvəl necə olublar,
Həmişə üzügülər.
Eləcə də qalıblar,
Mehriban, qonaqpərvər.
Müəllif: Gülzar İbrahimova