Baxın sərçəyə,
Boranda, qarda,
Ayaqqabısız,
Gəzir bayırda.
Görəsən donmur?
Hələ üstəlik ,
Mahnı oxuyur,
Cik, cik, cik, cik, cik.
Babam deyir o,
Nəsihət edir,
Düz yol göstərir,
Hamıya deyir:
- Bayıra çıxın,
Çox gözəldi qar,
Çıxın oynayın,
Qarda uşaqlar!
Qardan qorxmayan,
Xəstəlik tapmaz,
Qarda oynayan,
İynə vurdurmaz!
Müəllif: Gülzar İbrahimova