Oyanıb səhər tezdən
Bağçaya gedirəm mən.
Nə yaxşı bağçamız var
Bağçaya gəlin dostlar.
Bağçamız, bağçamız
Nə gözəldir bağçamız.
Bağçamız, bağçamız
Nə qəşəngdir bağçamız.
Bağçamız çox qəşəngdir
Hər yanı gül - çiçəkdir.
Sevimlidir bağçamız
Bizim kiçik dünyamız.
Bağçada hər günümüz
Çox maraqlı, şən keçir.
Gələcəyə yolumuz
Bizim bağçadan keçir.
Müəllif: Gülzar İbrahimova