Payız sarı yarpaqlardan,
Toxudu böyük bir xalça,
Xalçanı sərdi hər yana,
Lap gözəl oldu Dünya!
Xalçaya olduq heyran,
Biz soruşduq Payızdan:
- Bəs hanı Gözəl Payız,
Bizim yağış payımız?
Sözümüz qurtarmamış,
Başladı birdən yağış,
Yağışa qoşduq mahnı,
Yağış yudu hər yanı
Gözəl səslə oxuduq:
- Yağ Yağış, yağ hər yerə,
Yağ kəndə, yağ şəhərə,
Yağ ki, hər yan yuyulsun,
Yağ, Dünya təmiz olsun!
Müəllif: Gülzar İbrahimova