Polis olmaq istədim!  

 

Bir gün yağırdı yağış 
Yağış altda islanmış 
Qaçışırdı adamlar 
Harasa sığınsınlar.

Dayanmışdı maşınlar
Siqnal verərərək onlar 
Yolu bağlamışdılar,
Tıxac yaratmışdılar.

Bu vaxt gəldi bir nəfər,
Çətinliklə, birtəhər 
İslansa da yağışdan,
Tez yolu açdı tamam!

Soruşdum ki atamdan 
Kimdir o gələn oğlan,
Yağış altında duran,
İslanmaqdan qorxmayan?

Dedi: “Yol polisidir,
Hamıya yol göstərir,
Yollarda hərəkəti
Qanunla tənzimləyir.

Gecə-gündüz durarlar
Qanunun keşiyində
Qoymaz həmin polislər
Qaydanı pozsun “pislər”. 

Qaydanı pozanlara
Xəbərdarlıq edərlər,
Qanunu başa salıb,
Düzgün yol göstərərlər.

Bu peşə sahibləri,
Dövlət yol polisləri
Beləcə çalışarlar,
Hamıya yol açarlar.”

“Gözəl peşədir!”, deyib,
Bu işi çox bəyəndim,
Gələcəkdə özüm də
Polis olmaq istədim! 


                        Müəllif: Gülzar İbrahimova