Günəş gülərsə əgər,
Təbiət də sevinər,
Əkib-becərər insan,
Torpaq gül ətri verər!
Xoşbəxt olsa analar,
Sevinərlər uşaqlar,
Şad olar, el-obalar,
Gülüş səsi çox olar!
Əmin-amanlq olsa,
Bircə silahlar sussa,
Dünya sevinib-gülər,
Hava sülh ətri verər!
Müəllif: Gülzar İbrahimova