Əlində çoxlu şar var,
Kloun gəlir, uşaqlar!
Geyib bəzəkli pencək,
Adamı tutur gülmək...
Xoş gəmisən Kloun,
Göstər maraqlı oyun.
Foks göstər papaqdan,
Çıxsın qəşəng ağ dovşan.
Xoş gəlmisən şən Kloun,
Göstər maraqlı bir oyun,
Xoş gəmisən sən Kloun,
Göstər maraqlı oyun,
Göstər maraqlı oyun.
Şalvarında var yamaq,
Geyib nə boyda başmaq...
Qıpqırmızı burnu var,
Bilir çoxlu oyunlar.
Xoş gəmisən Kloun,
Göstər maraqlı oyun.
Foks göstər papaqdan,
Çıxsın qəşəng ağ dovşan.
Xoş gəlmisən şən Kloun,
Göstər maraqlı bir oyun,
Xoş gəmisən sən Kloun,
Göstər maraqlı oyun.
Kloun dedi, torbadan,
Çıxacaq bala dovşan,
Amma qara torbadan,
Yerə düşdü bir siçan.
Aman, aman, ay aman,
Torbadan çıxdı siçan...
Xoş gəlmisən ay Kloun,
Göstərmə belə oyun,
Xoş gəmisən ay Kloun,
Göstərmə belə oyun...
Müəllif: Gülzar İbrahimova