Dünyanı Yallı getsin

 (şeir-poema) 


Nədir bu pandameya,
Ayaq açıb dünyaya,
Yayır Koronavirus,
Hər yana səpir virus...

İnsanları qorxudur, 
Hamını yoluxdurur,
Çarə tapılmır dərdə,
Allah, bu nədir belə?
 
Hamı düşüb təşvişə,
Camaat getmir işə,
Hər kəs evdə oturub,
Elə bil həyat durub...

Deyir, Ölkə rəhbəri:
-    “Virus gəzir hər yeri,
-    Hamı evdə otursun,
-    Virusdan uzaq olsun!”. 

Xəstəlik çox yayılıb, 
Tibb elmi aciz qalıb, 
Yoluxaraq nəfəsə,
Aman vermir heç kəsə!

Sərhədləri o aşır, 
Qitələri dolaşır,
Qoy olmasın o bizdə, 
Evdən çıxmayaq biz də!”

“Evdə qal, Azərbaycan!”,
Xalqına dəstək olan, 
Hamı iş görür evdən,
Paylaşır internetdən.

Hətta müəllimlər də, 
Dərs keçir internetdə, 
Onlar  tapşırır bizə, 
Bax, qulaq asın sözə!

Heç vaxt çıxmayın evdən,
Virus tutarsız birdən!
Otursaz evdə rahat,
Qorxusuz olar həyat!

Darıxmayın uşaqlar,
Pis gün ömrü az olar. 
Bir gün dərman tapılar,
Dünya dərddən qurtular! 

Dostlarım kimi mən də,
Sakit qalmışam evdə.
Təhlükə olmayanda, 
Çölə çıxaram onda.  

Hər gün evdə də olsam, 
Gərək eləyim idman.
Sonra yuyunum tez-tez,
Olum sağlam və təmiz!

Evdə qalsam nə qədər, 
Vaxt itirməyim hədər,
Çoxlu kitab oxuyum,
Dərsləri təkrarlayım.

Baxıram pəncərədən,
Yoxdur keçən küçədən, 
Sanitar işçiləri, 
Təmizləyir hər yeri.

Allahım bu nə işdir,
Arzularım dəyişdi?!.
Kaş bir möcüzə olsun,
Viruslar yoxa çıxsın! 

Dərddən qurtarsın Dünya, 
Məhv olsun Pandameya!
Xalqlar əl-ələ versin, 
Dünyanı Yallı getsin!

 

                        Müəllif: Gülzar İbrahimova