Sağlam olaq səninlə        

(idman şeiri)


Səhər yuxudan qalxdım,
Doğan Günəşə baxdım.
Sevindim dedim: “Uraaaa”!
(İdman şeiridir. Ona görə “ura” deyəndə uşaqlar əllərini yuxarı qaldırır) 
Gedirəm oynamağa!

Əvvəl idman elədim,
(Qollarını yanlara açır, yuxarı qaldırır, qabağa uzadır - 2 dəfə )
Sonra da yemək yedim, 
(Hər iki qolunu dirsəkdən aşağı ağzına aparır)
Geyindim ayaqqabı
(iki dəfə əyilib durur, hər dəfə bir ayağı tərəfə)
Dayan, bağlayım bağı!
(deyib əvvəl hər iki qolunu bir ayağına, sonra o biri ayağına aparır) 

Bir, iki, sol!
Mən getdim, ana, sağ ol! 
(Hər iki əlini çarpaz şəkildə yelləyir).
Getdim, həyətə düşdüm
Dostlarımla görüşdüm,
 (Yerində addımlayır)

Fırlandım fırfıradan,
Qorxmadan, yıxılmadan.
(yerində fırlanır)
Bax belə, bax belə, 
Fırlandım neçə dəfə.
(2 ci dəfə yerində fırlanır)

Sürüşgəndən sürüşdüm
“Dup” bərkdən yerə düşdüm.
(yarıoturaq vəziyyətdə oturub-durur)
“Dup” yenə də sürüşdüm, 
Sürüşdüm, yerə düşdüm.

Bax belə, bax belə! 
İdman edək səninlə
Bax belə, bax belə, 
Sağlam olaq səninlə!
(axırda tam yerə də otura bilər, yarıoturaq vəziyyətdə də oturub qalxa bilər)  
Gərək olsa, şeir də, idman da 2 dəfə təkrar olar. 

 

                                                                                           Müəllif: Gülzar İbrahimova