Ulu Öndər

 

Əlamətdar bir gündə,
Bir məktəb həyətində,
Böyük tədbir var idi
Şagirdlər şeir deyirdi.
 
Gördüm sırada bir uşaq
Əlində tutub bayraq.
Şeir deyir məğrur-məğrur,
Üzündə var mərdlik, qürur.
 
Hər dəfə deyəndə "Vətən"
Bal-yağ tökülür dilindən.
Soruşdum adın nədir?
Dedi: "Adım Heydərdir!".
 
Dedim böyüyəndə sən
Nə peşə seçəcəksən?
Həkim, yoxsa müəllim,
Hansı işi görəcəksən?
 
Dedi: "Əsgər olacağam!
Hər zaman vətənimin
Keşiyində dayanıb,
Onu qoruyacağam!"
 
Dedim: "Şeir deyəndə sən,
Bildim, vətənpərvərsən!"
Dedim: "Afərin oğlan!".
Bir qürur duydum ondan!
 
Vaxt gəldi, keçdi zaman
Böyüdü həmin oğlan.
Elmlidən elm öyrəndi,
Oldu müdrik bir cavan.
 
Dünyanı gəzdi dolaşdı,
Qitədən-qitəyə aşdı.
Vəfalı ilə dost oldu,
Düşmənlərlə savaşdı.
 
Vətənin dar günündə
Həmişə oldu öndə.
Ona görə xalq ona
Ad verdi: "Ulu Öndər"!

 

                            Müəllif: Gülzar İbrahimova