Hər ilin gözəl yazında,
Baharın şən avazında,
Yığışırıq uşaqlarla,
Baş-başa verib quşlarla,
Şən mahnılar oxuyuruq,
Çiçəklərdən babamıza,
Əlvan çələng toxuyuruq!
Çələngi Heydər babanın,
Sevdiyimiz o insanın
Büstü önünə qoyuruq,
Biz sevimli babamızı
Beləcə xatırlayırıq!
O tanıtdı dünyaya
Azərbaycan xalqını.
O verdi yurdumuza
Müstəqillik adını.
Bizə çox əziz oldu,
Heydər babamız oldu!
Müəllif: Gülzar İbrahimova