Babamın nəsihətləri

 

- Qonaq, sən çox mehribansan.
De, hansı diyardansan?
Elmini hardan almısan, 
Ki, bu cür savadlısan?

Danışırsan neçə dildə,
Xəbərin var hər bir elmdən,
İşi kimdən öyrənmisən,
Ki, belə zəhmətkeşsən?

- Adlanır “Azərbaycan”
Doğulduğum gülüstan.
Torpaqları bərəkətli,
İnsanları mehriban!

Olub mənim bir nurani 
Bir müdrik Heydər babam,
Mənə nəsihət eyləyib,
Həyat yolu göstərib.

Deyib: "Yalnız elm ilə
Ucalar hər bir insan!
Yol göstərib: "Zəhmət ilə
Gözəl yaşayar adam!". 

Kim əməl edərsə əgər,
Müdrik nəsihətinə,
Xeyir tapar həmişə,
Düşməz heç vaxt çətinə!

Mən də belə edirəm,
Müdriki eşidirəm.
Babam göstərən yolla 
Gələcəyə gedirəm! 

  

                         Müəllif: Gülzar İbrahimova