Şaxta baba yalan deyil!

                                                                   
Hamı deyir, inanma!
Yalandır, Şaxta baba
O heç bir zaman gəlməz,
Çardaqdan evə girməz
Hədiyyə, də gətirməz!

Bir gün yatıb yuxuda,
Gördüm ki Şaxta baba,
Bayramda bizə gəlib
Mənə qəşəng, ağappaq,
Bala dovşan gətirib.

Oyanıb səhər tezdən
Nə görsəm yaxşıdır mən?
Yolkamızın altından,
Pəncəsini qaldırıb,
Mənə baxır bir dovşan.

Yalan olsa Şaxta baba
Onu görərəm yuxuda?
Şaxta baba yalan deyil!
Çünki o uşaqları
Həmişə sevindirir!

O bizə qış gətirir,
Hər bir yana qar səpir,
Tez həyətə düşürük,
Xizəklə sürüşürük,
Sevinirik, gülürük!

 

                           Müəllif:  Gülzar İbrahimova

Laylay ay canım, gözüm

Bəxtəvər qarışqa

Dünyanın bir arzusu var

Toppulu-topuş küftələr

“Oğul”, - dedi mənə Vətən


NÖVBƏTİ SƏHİFƏ