Sən necə qəşəngsən, Qar!

 

Təbiətə bax, aman
Qara bürünüb hər yan
Necə də gözəlsən, qar!
Füsünkarsan, füsünkar!

Qar, sənə bir söz deyim,
Sən yaz, yaydan göyçəksən!
Amma heç kəs bilməsin!
Eşidib inciməsin!

Qar, ərimə, gəlirəm!
Dur, paltomu geyirəm,
Hanı mənim əlcəyim,
Ərimə ha, qoy gəlim!

Uşaqlar ay uşaqlar!
Çölə çıxın, yağır qar
Gəlin həyətə düşək,
Xizək ilə sürüşək!

Biz qorxmarıq soyuqdan
Gizlənmərik  şaxtadan
Hansı gün ki yağsa qar
Xoşbəxt olar uşaqlar! 

 

                             Müəllif: Gülzar İbrahimova

Laylay ay canım, gözüm

Bəxtəvər qarışqa

Dünyanın bir arzusu var

Toppulu-topuş küftələr

“Oğul”, - dedi mənə Vətən


NÖVBƏTİ SƏHİFƏ