Qara badımcan

 

-    İstəmirəm Anacan,
Yeyəm qara badımcan.
Onu yesəm dişlərim, 
Qapqara qaralacaq.

Ana dedi, ay Gülcan
Çox dadlıdır badımcan,
Sən əvvəl yeməyi dad,
Sonra bir qopar fəryad!

Gülcan həvəslə yedi
-    Çox dadlı imiş, dedi.
Yemək istədi yenə,
Badımcan yoxmuş demə...

 

                                 Müəllif: Gülzar İbrahimova 

Laylay ay canım, gözüm

Bəxtəvər qarışqa

Dünyanın bir arzusu var

Toppulu-topuş küftələr

“Oğul”, - dedi mənə Vətən


NÖVBƏTİ SƏHİFƏ