Bəxtiyar və xiyar

 

Bir oğlan var, Bəxtiyar,
Bu balaca işgüzar,
Zəhmət çəkib bir bahar,
Bağçada əkdi xiyar.

Hər gün ona verdi su
Gerçəkləşdi arzusu
Axır bostan verdi bar
Çox sevindi Bəxtiyar.

Xiyarı dərən zaman,
Əlinə batdı tikan,
Barmağında görüb qan 
Oğlan qışqırdı “Aman”.

Özündən çıxdı yaman:
Dedi: - Mən bundan sonra, 
Nə bostan əkəcəyəm, 
Nə xiyar yeyəcəyəm!  

 

                         Müəllif: Gülzar İbrahimova