Ana bax göyə,
İndi bax gölə!
Deyəsən Günəş,
Yenə də doğub.
Onun balaca,
Özünə oxşar,
Bir bapbalaca
Balası olub!
Özü göydədir,
Balası göldə,
İşıq saçırlar,
Sarı geyimdə.
Necə də gözəl,
Görünür onlar.
Günəşi sevir,
Bütün uşaqlar.
Müəllif: Gülzar İbrahimova