Mən görməmiş deyiləm

                                                 
 
Mən hər şeyi görmüşəm,
Konfet də, dondurma da,
Şokolad,  marmelad da, 
Hamısından yemişəm. 

Bunları görə-görə,
Dadını bilə-bilə
Hamı deyir ki mənə,
Mən yaman görməmişəm...
Mən məgər görməmişəm?

Çoxlu-çoxlu yemişəm,
Yenə də  istəmişəm.
Ağzımı doldurmuşam,
Cibimi doldurmuşam.

Mürəbbə də yemişəm,
Ərik, gilas, böyürtkən
Hələ tələsdiyimdəm
Üstümə də tökmüşəm.

Mən heç bilmirəm niyə,
Hamı deyir ki mənə,
Mən yaman görməmişəm...
Mən məgər görməmişəm?

Mürəbbə də yemişəm,
Ərik, gilas, böyürtkən
Hələ tələsdiyimdəm
Üstümə də tökmüşəm.

Mən bunları görmüşəm,
Amma bilmirəm niyə
Hamı deyir ki mənə 
Mən yaman görməmişəm!

 

                                   Müəllif: Gülzar İbrahimova