Mən küsmüşəm hamıdan,
Məni çox istəmirlər,
Stol üstdə şokolad,
Mənə deyirlər sən, yat!
Axı heç gəlmir yuxum,
Gözümü necə yumum?
Az qalıram ağlayam,
İstəmirəm mən yatam!
Anamdan da küsmüşəm,
O da məni istəmir.
Hamı oturub, axşam,
“Yatmaq vaxtıdır”, deyir.
Görün atam nə deyir:
“Balam yatmaq istəyir”,
Elə ki yuxum gəlir,
Diş yumağa göndərir.
Müəllif: Gülzar İbrahimova