Nəyə görə bəziləri acılayır

Nəyə görə bəziləri acılamağı xoşlayır?

(Hekayə)

Qız: Nəyə görə bəzi adamlar bir-birlərinə kobud

sözlər deyirlər?

Ana: Bəzən bir adam hirslənir və pis söz danışır. Amma bu pis sözü bir neçə dəfə təkrar edəndən sonra bu artıq onun dilinə yatır və həmin adamda söyüş söymək, pis söz danışmaq artıq vərdişə çevrilir.

Qız: Dilimiz o qədər zəngindir ki, məgər vacibdir ki, fikrini kobud sözlərlə ifadə edəsən?

Ana: Ona gərə də ağzından çıxan kəlməyə özün diqqət etməlisən ki, həmin kəlmədən kimsə inciməsin.

Qız: Mən kobud adamlarla danışmaq belə istəmirəm.

Ana: Amma bəzən elə olur ki, bir adamın danışığı çox kobud olur. Amma bu o demək deyil ki, həmin adam çox pis adamdır. Kobud danışmaq sadəcə olaraq həmin adamda adət halına çevrilmişdir.

Qız: Bəlkə də həmin adam çox yaxşı acdamdır, amma onunla danışmaq mümkün deyil!

Ana: Sən onunla nəvapzişlə danışsan, onda bu adət yavaş-yavaş keçib gedə bilər. Bircə belə edəndə çalış sən onun kobud danışığına adət etməyəsən.

Qız: Məgər bu mümkündürmü kobudluğa-kobudluqla cavab verməyəsən?