Yaxşı olmaq istəyirəm

Necə edim ki, yaxşı olum

(Hekayə)

Yeniyetmə: Mən çalışıram ki, xoşxasiyyətli olum, hamıya kömək edim, amma məndə alınmır. Bundan yoruluram, əsəbləşirəm. Nə qədər çalışıram ki, özümə qalib gəlim, həmişə hamıya yaxşı olum, alınmır.

Filosof: İnsanlar arasında çox az adam olur ki, onlar anadangəlmə yaxşı olsunlar. Amma onların çoxu yaxşı olmağa çalışırlar.  

Gənc: Məgər bu özünü aldatmaq deyil?

Filosof: Adam başqaları ilə xoş rəftar etməyə özünü məcbur edirsə, bu çox yaxşıdır. Axı başqaları da səninlə xoş rəftar etsələr bunun nəyi pis olar? Nəticədə xoş sözlərlə danışmaq, yaxşı hərəkətlər göstərmək adət halına çevrilir.  

Gənc: Buna adət etmək olar?

Filosof: Əlbəttə. İnsan hər şeyə adət edir.