Yazıçı öz doğma məktəbinə gəldi

Aprelin 26-da yazıçı Gülzar İbrahimovanın öz doğma mektebi – Yasamal rayonu 13 saylı orta məktəblə görüşü keçirildi. Zala toplaşanlar yazıçını doğmaları kimi gur alqışlarla qarşıladılar.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Yaqut xanım Sadıqova açdı. O, fəxr hissi ilə öz doğma məktəb kollektivinin görüşünə gəlmiş yazıçının həyat və yaradıcılığı haqda görüş iştirakçılarına məlumat verdi.

Gülzar İbrahimova çıxışında öz sevimli müəllimlərinin adını sevə-sevə, hörmətlə andı. O fəxarət hissi ilə iştirakçılara bildirdi ki, bu gün yazıçı olmağında təhsil aldığı 13 saylı məktəbə - onun çox savadlı, mehriban kollektivinə - hazırda təqaüddə olan Validə müəlliməyə, Maya müəlliməyə, Nərgiz müəllimə, Şahin müəllimə borcludur. İdmançı kimi sağlam olmağında isə idman müəllimlərinə - Akif müəllimə minnətdardır.

İbtidai sinif uşaqları Gülzar İbrahimovanın şeirlərini söylədilər, tapmacalarından dedilər, nağıllarından səhnəciklər qurdular, onu həvəslə müəllifə təqdim etdilər.

Yuxari sinif şagirdləri yazıçıya Qarabağ müharibəsi zəmnində yazılmış əsərlərindən suallar verdilər.

Tədbirin sonunda Gülzar İbrahimova yeni yaradıcılıq uğurlarından danışdı, şaqlara müəllifi olduğu kitablardan və çıxışları ilə seçilən şagirdlərə xatirə hədiyyəsi təqdim elədi.