Sumqayıt yeniyetmələri ilə “Üç nəsihət” adlı vətənpərvər oxucu-yazıçı görüşü

25 aprel 2016-cı ildə Sumqayıtda 21 saylı orta məktəbin 6-cı və 7-ci sinif şagirdləri ilə yazıçı Gülzar İbrahimovanın görüşü keçirildi.

Tədbirin rəhbəri və təşkilatçısı N. Gəncəvi adına kitabxana klubu idi.

Yeniyetmələr çoxdan bəri həsrətlə yolunu gözlədikləri yazıçını məhəbbətlə, gözəl ürək sözləri ilə qarşıladılar. Onlar Gülzar nənənin “Bağışla məni Sonam”, “İlham və Fərizə”, “Üç nəsihət”, “Simuzərin qisası” adlı əsərlərinidəki sujet xəttini, əsərin qəhrəmanlarını müzakirə etdilər. Həmin əsərlərdən səhnəciklər göstərib maraqlı şəkildə iştirakçılara təqdim etdilər.

Daha sonra Gülzar İbrahimovanın ermənilərə ünvanladığı və onlar tərəfindən “Open Armenia” saytında müzakirəyə qoyduqları “Müraciət”ini və gənclərə xitab edilmiş “Üç nəsihət” əsərlərini müzakirə etdilər. Çıxışlarda düşmənə olan nifrət, Vətənə məhəbbət, mübarizlik ruhu açıq-aydın görünürdü. Yeniyetmələr Vətən haqda danışarkən gözlərindən çıxan qığılcım, ürəklərindən qalxan odlu kəlmələr sübut idi ki, bu balalar Vətəni sevir və gələcəkdə onun ləyaqətli keşikçiləri olacaqlar.

Görüş hər iki tərəfin - oxucu-yazıçının fikrincə olduqca maraqlı və faydalı keçdi.

Gülzar nənə sevimli oxucularına xatırə hədiyyələri və müəllifi olduğu kitablarından hədiyyə etdi. Onlara yeni yazdığı şeirlərindən oxudu. Şagirdlər maraqlı əsərlərinə görə yazıçı Gülzar İbrahimovaya minnətdarlıq bildirdilər.

 

“Satılan hər 100 uşaq kitabından cəmi 5-i doğma dilimizdədir”

13 nömrəli məktəbdə keçirilən görüş

Yazıçı öz doğma məktəbinə gəldi

“Sehrli Dünya”dan gələn təzə xəbər

Sehirli dünya Mətbuat Şurasının üzvü oldu


NÖVBƏTİ SƏHİFƏ