Xəsis Burunduq

Xəsis Burunduq

      Yayın ən gözəl vaxtı idi. Quşlar oxuyur, gül-çiçəyin ətri hər kəsi heyran edirdi. Bu gözəllik meşədə bütün heyvanları sevindirir, hər kəs vaxtını bir jür maraqlı keçirirdi. Təkjə Burunduqdan (gəmiriji heyvan) başqa. Burunduq bütün günü nə isə çeynəyir, çeynəməyəndə isə xoşladığı yemi axtarır, tapır, onu gizlədib qışa saxlayırdı.

    Burunduğun günü belə keçirdi. Həyətdəki uşaqlar onu görən kimi oynamağa çağırırdılar:

    - Bəsdi, nə qədər azuqə yığmaq olar, gəl bir az bizimlə oyna!

    - Elə bil azuqə qurtarajaq. Gəl bir az qaçdı-tutdu oynayaq!

  - Burunduq, gəl bizimlə çaya çimməyə gedək! 

Burunduq onlarla razılaşmırdı:

  - Nə danışırsınız, mənim vaxtım var, sizinlə oynayam?..

    O, heç kəsə məhəl qoymur, qoz, fındıq, meyvə qurusu - əlinə keçəni daşıyıb qışa saxlayırdı.

     Bəlkə də Burunduğun yığdığı ona üç qışa bəs edərdi, amma gözü doymurdu ki, doymurdu.

     İsti yay yerini payıza verdi. Burunduq payızda da eyni işləri gördü, yəni elə azuqə topladı, topladı.

      Artıq qışın soyuq nəfəsi duyulurdu. Heyvanlar qərara gəldilər ki, payızın getməsi ilə əlaqədar qəşəng bir qonaqlıq təşkil etsinlər.

  Hamı razılaşdı. Siçan Təti dedi:

   - Nə yaxşı, mən böyük piroq bişirib gətirərəm.

  - Mən meyvə gətirərəm, - Dovşan dedi.

  - Mən isə fısdıq gətirərəm, - Dələ dedi.

  Kirpi tikanlarını qaldırıb - mən də alma gətirərəm, - dedi.

  Növbə Burunduğa çatanda o, qaşqabağını tökdü:

   - Mən gələ bilmərəm, vaxtım yoxdur.

Hamı gülüşdü. Onlar bilirdilər ki, Burunduq xəsislikdən belə deyir. Dedilər:

   - Burunduq, sən gəl, amma heç nə gətirmə, biz hər şey gətirərik!

   - Nə deyirəm, vaxt tapıb gələrəm.

    Səhəri günortaya yaxın hamı qonaqlığa toplaşdı. Stolun üstündə o qədər yemək var idi ki...

Dostlar axşama qədər yedilər, içdilər, oynadılar, güldülər, axşam olan kimi yorulub, yuvalarına dağılışdılar.

     Burunduq yuvasına girəndə dəhşətə gəlib qışqırdı:

    - Vay, qarət elədilər, oğrular qarət elədilər!

     Səsə hamı yığışdı. Gəlib nə görsələr yaxşıdır? Yuvanı dağıdıblar, Burunduğun qışa yığdığı azuqənin hamısını aparıblar. İz isə aşkar Ayı izi idi. 

  - İndi mən nə edəjəyəm. Qışda ajından öləjəyəm! –  Burunduq ağlaya-ağlaya dedi.

  - Gör ayının başına nə oyun açajağam! Yumrulanıb  düz üstünə yublanajağam, ətinə batajağam! - Kirpi hirslə dedi.

Bir azdan dostların hərəsi Burunduğa bir şey gətirdi. Meyvə, meyvə qurusu, qoz-fındıq, piroq... Hətta Burunduğun dağılmış evini də yığışdırdılar.

    Burunduq baxdı ki, yuvada əvvəlkindən də çox azuqə var. Sevindiyindən gözləri yaşardı:

   - Sağ olun, dostlar! - dedi.  

  Ondan sonra Burunduq dostlarının səmimiliyinə daha çox inandı.

     Səhər Burunduq böyük bir tort bişirib dostlarını qonaq çağırdı. Maraqlı bir şənlik oldu. Burunduq başa düşdü ki, hədiyyə etmək maraqlıdırsa, almaq isə ondan da gözəldir.