Bahar Bayramı

Bahar Bayramı

Elişlə Gülüş mehriban dostlardır. Onlar həmişə birlikdə oynayır, bayramları da bir yerdə keçirirlər. Bu dəfə də bayram yaxınlaşırdı. Böyüklər üçün də, uşaqlar üçün də maraqlı, əziz olan Novruz  ayramına çox yox, üç gün qalırdı. Dostlar bağçalarında keçiriləjək bayrama hazırlaşmalıydılar. Ona görə də Eliş Gülüşgilə gəldi. Gülüş onu sevinjlə qarşıladı: "Nə yaxşı gəldin, elə istəyirdim zəng eləyim bizə gələsən!". "Nə olub ki, yəqin, bayramda çıxış etmək üçün musiqi hazırlamısan?", -deyə Eliş soruşdu. "Yox, heç bir nömrə hazırlamamışam, vaxtım yoxdur! Fortepiano kursuna gedirəm, çalmaq öyrənirəm. Özüm musiqi də bəstələmişəm. İstəyirsən çalım, qulaq as!". "Çal, dinləyim!",

 - dostu dedi.

Gülüş piano arxasına keçib çalmağa başladı: Do, re, mi, do, re, mi,

Do, re, mi, fa, sol,

Do, re, mi, do, re, mi

Sol, fa, mi, re, do…

Eliş əvvəl çiynini çəkdi, sonra isə bərkdən güldü. Gülüş soruşdu:

"Nəyə gülürsən?". Eliş kobud javab verdi: "Bəstələdiyin mahnı elə qarışıqdır ki, yəqin, onun adını pişiklər üçün vals qoyajaqsan!". Gülüş pərt olub dedi: "Sənin musiqidən başın çıxmır. Qulaq asmırsan, asma!". Eliş səhvini başa düşdü, amma bilmədi neyləsin ki, Gülüş ondan küsməsin. Evlərinə qayıdanda Gülüşün çaldığı musiqinin notlarını yadına saldı. Gejə yarıya kimi yatmayıb musiqiyə sözlər fikirləşdi. Axır ki, qafiyəli sözlər tapıb şeir yazdı. Onu musiqiyə uyğun oxuyanda maraqlı mahnı alındı. Səhər tezdən oyanan kimi Gülüşgilə qaçdı:

"Sabahın xeyir, Gülüş!". "Sabahın xeyir!", - deyə Gülüş Elişə könülsüzcavab verdi. Eliş başa düşdü ki, Gülüş dünənki hərəkətinə görə ondan injiyib. "Bilsən ki, sənin bəstələdiyin musiqiyə nejə şeir yazmışam, sevinərsən!". Doğrudan da elə oldu. Gülüş şeirə qulaq asan kimi gülümsədi. Onlar bir yerdə məşq elədilər. Beləliklə, dostlar Novruz şənliyinə gözəl bir mahnı hazırladılar. Gülüş pianoda çaldı, Eliş isə mahnı oxudu:

Bahar gəlib, bahar gəlib, Bizim Bala Dilinə

Bala Dili çiçək səpib, Gözəl səhifələrinə!

Elə gözəl bir çıxış alındı ki, bütün qonaqlar heyran qaldı. Gülüş Elişə dedi:

“İndi gördün yarımçıq işi qiymətləndirməzlər, tamamlananda hər bir iş gözəl olur!”. Eliş dostu ilə razılaşmaya bilməzdi.