Necə sevinmək olar?

Necə sevinmək olar?

(Hekayə)

Yağış təzəcə başlamışdı. Gülnar bikef-bikef pəncərədən baxır, hərdən də «ah» çəkirdi. Birdən o, həyətdən ona əl eləyən Nərmini gördü. Nərmin də Gülnar oxuyan məktəbdə oxuyurdu, amma bir sinif yuxarıda.

Bir azdan qapı döyüldü. Gülnar qapını açdı. Gələn Nərmin idi:

- Pəncərədən bikef görünürdün, ona görə gəldim görəm nə olub sənə?

Gülnar bikef-bikef ona cavab verdi:

- Bilirsən Nərmin, nədənsə yağış yağanda mən həmişə darııxıram, belə baxanda elə həyatin özü də çox darıxdırıcıdır, eyni hadisələr, eyni adamlar…

- Düzgün fikirləşmirsən, həyat çox gözəldir, heç nə də bir-birinə bənzəmir. Bu gün dünənkindən fərqlidir, yağış yağıb, hər yan tər-təmiz olub, indi isə yağış kəsdi. Mən yağışdan sonra pəncərənin qarşısında dayanıram və təmiz havanı dərindən ciyərlərimə çəkirəm. Sanki ruhum təzələnir, qanad açıb uçmaq, təbiəti qucaqlamaq istəyirəm. «Tanrı, bizə verdiyin bu gözəl təbiətə görə, sənə çox sağ ol, deyirəm!». Mən təbiətin belə gözəlliyinə heyran oluram. Çox məəttələm, belə gözəllik adamı necə sevindirməz?

- Mən bütün bunlarda sevindirici heç bir şey görmürəm. Hə, nə olsun, Günəş çıxır, yağış, qar yağır. Nə göydə, nə də yağışda gözəllik görmürəm. Bayırda da, evdə də darıxıram. Mənim o qədər problemim var ki …

- Şüürlu insan təbiətdə bütün fəsillərə, bütün havalara sevinməlidir. Yayın gözəlliyinə, istisinə.  Dənizdə çimməyi sevməli, yaşıllıqda şən-şən gəzməlidir. Payızda payız təbiətinə şad olmalı, həmin fəsildə Tanrının bizə hədiyyə etdiyi bol payız meyvələrinə görə Ona dua etməlidir. Qışda yağan qarı sevinclə, gülüşlə qarşılayıb dostlarınla qartopu oynayanda, adamın kefi lap əla olur. Bahar gözəlliyinə, bahar gül-çiçəyinə sevinc qatanda isə sən özünü dünyanın ən xoşbəxti sayırsan. Təbiəti, onun bütün havalarını sevsən, dünya gözündə gözəlləşəcək, hətta soyuq küləyi üzündə hiss etsən belə, sənin kefin pozulmayacaq. Axı Tanrı bütün gözəllikləri insan üçün yaradıb.

- Bunlar heç biri ürəyimi açmır.

- Bilirsən nəyə görə? İnsan nədənsə həmişə olmayan bir şeyə can atmağı sevir. Təbiətin gözəlliyini sən görmürsən. Həmçinin ev də sənin üçün darıxdırıcıdır. Çünki hər tərəfdən qayğı və sevgi ilə əhatə olunursan. Bu gözəllik içərisində darıxırsan. Amma inan ki, uşaq evində bir ana qucağına heç olmasa bircə dəfə sığınmaq üçün, ata əlindən bircə tutub gəzməyə getmək üçün nə qədər həsrət qalan uşaqlar var.

- Doğrudan ha… Düz deyirsən!