İki qapaz

Quba rayonu 1-ci Nügədi kənd məktəbinin

şagirdi Eldarın başına gəlmiş

(10 s sinfi 1970-ci il)

 

İki qapaz

(Hekayə)

Riaziyyatı yaxşı bildiyimdən Sərdar müəllim mənim xətrimi çox istəyirdi. O, şlyapa qoymağı xoşlayar, şlyapasına xüsusi qulluq edərdi.

Bu dəfə də dərsdə şlyapasını səliqə ilə stolun üstünə qoymuş Sərdar müəllimi, dərsin ortasında kim isə bayıra çağırdı, o da beş dəqiqəliyə çıxır. Bu vaxtı mən lövhədə dərs danışırdım. Dayanıb müəllimin gəlməyini gözlədim. Şitliyim tutmuşdu deyə, şlyapanın ortasından ona bir yaxşı yumruq ilişdirdim. Şlyapa yastılandı. Mən onu tez düzəldib, əvvəlki qaydasına saldım.

5 dəqiqədən sonra Sərdar müəllim sinfə qayıtdı. Heç kimə heç nə demədən yaxınlaşdı mənə. Güclü əli ilə başıma möhkəm bir qapaz vurdu. Mən suyu süzülmüş yavaşca gedib oturdum yerimdə. Heç qapazın səbəbini də soruşmadım. Həmin gün bir qapaz şlyapa yedi, birini də mən.