Sona bülbüllər

Sona bülbüllər

(Nağıl)

Biri var idi, biri yox idi, Qədir adlı bir oğlan var idi. Qədir çox nadinc uşaq olduğundan yanında dərs aldığı mollanın dərsinə fikir verməz, onun başına oyun açardı. Buna görə də atası onu neçə mollanın yanına göndərmişdisə də, oğlu mollalıq dərsi öyrənmədən geri qayıtmışdı. Amma Qədirin çox gözəl səsi var idi. O, oxuyanda nəinki adamlar, göydəki quşlar da dayanıb onun səsinə qulaq asardılar. Hətta bir dəfə Qədirin gözəl səsi, onun atasının zindandan qırtarmasına da səbəb olmuşdu. Bu əhvalat belə baş vermişdi.

Bir dəfə Qədirin atası əkin yerində bir su quyusu qazır. Gecə ilə şahın adamları ova gedəndə vəzir düşür həmin yarımçıq qazılmış quyuya, qıçı sınır. Hiddətlənmiş vəzir, günahkarın quyu sahibi olduğunu şaha çatdırır. Şah da əmr edir ki, quyu sahibini tutub zindana salsınlar. Qədirin atasını salırlar quyuya. Atasından başqa bir kimsəsi olmayan Qədir bu haqsızlıqdan çox qəmgin olur və bütün günü zindana yaxın bir yerdə ac-susuz oturub, öz qəmli «Sona bülbüllər» mahnısını oxumağa başlayır.

Şah əvvəl mahnıya fikir vermir, amma aynabəndə çıxıb mahnıya yaxından qulaq asanda Qədirin səsi onu ovsunlayır. O, bütün günü aynabənddən heç yerə çıxmayaraq, mahnıya qulaq asır. Qorxur ki, gedib taxtında otursa, birdən mahnı kəsilər. Bu gözəl mahnıdan ayrı düşər. Mahnının qəmli avazı şahı elə bikef edir ki, şahın gözlərindən yaş yağış kimi tökülür.

Şahın xanımına xəbər çatır ki, şah səhərdən eyvanda oturub, zülüm-zülüm ağlayır. Xanım fikirləşir ki, yəqin şah azarlayıb. Tez özünü şaha çatdırır. Şah xanımı görüb özünü yığışdırır. Xanım soruşur:

-Şahım, nə olub sənə, bəlkə azarlamısan, bu göz yaşları nədir? Bir yerin ağrımır ki?

Şah ağlamağını xanımından gizlədir:

-Sən nə danışırsan, mən nə vaxt ağladım?

Bu vaxt yenə Qədirin yanıqlı səsi gəlir:

Dəryada gəmim qaldı,

Biçmədim zəmim qaldı,

Çox çəkdim yar cəfasın,

Mənə dərd qəmim qaldı.

Şahın gözlərindən qeyri-ixtiyari iki damla yaş tökülür.

Xanım əlləri ilə şahın gözlərindəki yaşı silib şaha göstərir:

-Gözlərindən qəm yaşı axır, şahım, məndən nə səbəbə bunu gizləyirsən?

Şah deyir:

-Mənim sevimli xanımım, mən azarlayıb eləməmişəm, amma oxuyan xanındənin səsinin tilsiminə düşmüşəm.

Xanım şahın bu uşaq hərəkətini tənbeh edir və nökərlərə tapşırır ki, oxuyan xanəndəni tapıb saraya gətirsinlər.

Aradan bir az keçmiş Qədiri şahın hüzuruna gətirirlər. O, şahın hüzurunda dayanıb şaha təzim etmir. Bundan qəzəblənən şah deyir:

-Sən dünənin uşağı ola-ola nə səbəbə şaha təzim etmirsən?

Qədir cavab verir:

-Məni bura gətirəndə, tələsdirdilər, ayağım sarayın darvazasına dəydi, bərk ağrıdı. Mən bilmək istəyirəm ki, günahkar kimdir?

Şah gözəl səsi olan bu oğlanın nazı ilə oynayır:

-Əlbəttə, sən günahkarsan ki, qapıdan ehtiyatla keçməmisən.

Qədir ürəklənir:

-Bəs onda necə olur ki, vəzir mənim atam qazan quyuya düşəndə mənim atam günahkar sayılır?

Şah səhv etdiyini başa düşür və üzünü zindanbaşıya tutub əmr edir ki, Qədirin atasını zindandan azad etsin. Vəzir şahın bu qərarından incisə də, qorxusundan bir söz deyə bilmir.

Atasını zindandan azad edəndən sonra şah Qədirə təklif edir ki, onun sarayının xanəndəsi olsun. Qədir razılaşır.

Sarayda bir neçə gün qalanda Qədir fikir verib görür ki, vəzirin ondan xoşu gəlmir, yersiz atmacalarla onu hirsləndirir. Qədirin də vəzirdən zəhləsi gedirdi. Qədir həmişə şah üçün oxuyar, onu feyziyab edərdi. Amma elə ki, Qədir oxuduğu yerdə vəzir içəri girərdi, elə bil xanəndəni boğardın, nə illah eləyərdi, səsi çıxmazdı. Bunun səbəbini bir dəfə şah Qədirdən soruşmuş, xanəndə şəha belə cavab vermişdi:

-Şah sağ olsun, istəyirsən əmr elə, mənim boynumu vurdursunlar, amma mən vəzirin qarşısında heç vaxt oxumayacağam.

Qədirin belə tərsliyini görəndə şah qəzəblənib Qədiri saraydan qovmuşdu.

Elə ki, Qədirin saraydan canı qurtarır, o yenə də azad bülbül kimi cəh-cəh vurmağa başlayır. Uzaq diyarlardan Qədirin səsinə qulaq asmağa gələnlərin sayı gün-gündən artır. Başqa ölkələrdən xanəndəni saraylarına dəvət edib, ona qulaq asmaq istəyən hökmdarlar çoxalır.

Beləliklə Qədir, onun doğma elində faciə baş verənə qədər bülbül kimi cəh-cəh vura-vura yaşadı. Faciə isə belə baş verdi.

Qədirgilin yaşadığı şəhərin qonşuluğunda ermənilər yaşayırdı. Onların həmişə azərbaycanlıların yaxşı yaşamaqlarına paxıllıqları tutardı. Erməniləri bütün dünyada pis millət kimi tanıyar, hər yerdən qovardılar. Azərbaycanlılarla ermənilərin arasında bir dağ yolu var idi.

Bir soyuq qış gecəsində qəfildən qana susamış bədxah qonşular azərbaycanlılar yaşayan böyük bir kəndə basqın edirlər. Onlar azğınlaşaraq evlərə və taxıl zəmilərinə od vururlar. Qaçıb canını qurtarmaq istəyənlərin qılıncla qarşılarını kəsir, bir kimsəyə rəhm etmədən öldürürdülər. Gecə ilə kənddə bütün evlər yandırılır. Camaat da ölən ölür, ölməyən də soyuqdan donur.

Bu vaxta qədər ömründə hələ bir toyuq başı kəsməyən Qədir, indi müharibəyə getməli, adam öldürməliydi. Onun ermənilərdən zəhləsi getsə də, o adam öldürməyi bacarmırdı. Bu onunçün vəzirə mahnı oxumaqdan da ağır bir işgəncə idi.

Amma neyləməli, o iyrənc, bədxah ermənilərdən törətdikləri vəhşiliklərə görə qisas almalı idi. Elə həmin gün Qədir atası ilə halallaşıb, döyüşə getmək üçün qoşun başçısının yanına yollandı. Qoşun başçısı lopabığ, kök bir kişi idi. Qədiri görən kimi tanıdı və dedi:

-Ay xənəndə, sən bu arıq, cılız canınla kimi öldürməyə gedirsən?- dedi və Qədirin cavabını gözləmədən ona enli bir qılınc uzadıb əlavə elədi:

-Bax, mən öz qılıncımı sənə verirəm. Bu qılınc məni çox yağılardan qoruyub. Qılıncımı ancaq sənə etibar edirəm.

Qədir qılıncı əlinə təzəcə almışdı ki, elə bil onu ildırım vurdu. Qılınc əlindən düşdü. O, rəngi ağarmış başçıdan soruşdu:

-Mən bu qılıncla neyləməliyəm, adam öldürməliyəm?

Başçı onun ürəyinin nazik olduğunu bilirdi, ona görə də təəcüblənmədi:

-Sən bizim camaatın-qocalarımızın, uşaqlarımızın, qadınlarımızın başına müsibətlər açan pis, xain ermənilərə adam deyirsən? Onların kökünü kəsməsək, onlar çox yerə yayılacaqlar, çoxlarına pislik eləyəcəklər.

Qoşun başçısı nə illah elədisə də, Qədir qılınca yaxın durmadı. Axırda əlacı kəsilmiş başçı dedi:

-Yaxşı, onda get, yaralılara gömək elə. Səndən mənə döyüşçü çıxmaz.

Qədir arabasına minib, yanmış kəndin camaatına köməyə getdi. Qış çox şaxtalı keçdiyindən hər yan qar idi.Səhərə qədər qar ilə gedəndən sonra gəlib öz gözü ilə erməni vəhşiliklərini gördü. Yananlar yanmış, qaçıb canını qurtara bilənlər qaçmış, qaça bilməyənlər isə gecənin şaxtasından donmuşdular. Qədir yaralılardan bir neçəsini arabasına mindirdi və hazırlaşdı ki, yola düşsün. Bir də baxdı ki, qarın içərisində donmuş bir körpə var. O, körpəni də götürdü. Yaralılar onu tənbeh etdilər:

-Bala, donmuş körpəni niyə özünə yük eləyib, uzaq yola götürürsən? Onsuz da o çoxdan ölüb. Onu sağalda bilməyəcəksən. İstəyirsən gözləyək, körpəni basdır, sonra yola düşək. Arabanın yükünü ağır eləmə. Yolumuz uzaqdır. Gecəyə qədər çatmasaq, yolda donub qalacıyıq.

-Mən ona dava-dərman eləyib, sağaldacağam. Sizin işiniz olmasın,- deyə Qədir körpəni arabaya qoyub, atları mahmızladı.

-Allah sən saxla, bala, sən ölü dirildənsən bəyəm? Sən ona heç nə eləyə bilməzsən, oğul. Bu binəvanən ata-anasını mən yaxşı tanıyırdım. Ermənilər onları diri-diri yandırdılar. İndi onların balalarının ruhu da onlarla bir yerdədir. Allah onlara rəhmət eləsin. Onların ruhlarının ahı erməniləri tutsun, - deyə yaralıların içərisindən bir qoca dilləndi.

Qədir heç kəsə bir söz demədi. O kəndlərinə qədər dayanmadan arabanı sürdü. O, arabanı sürə-sürə qəmli mahnılarından oxuyur, oxuduqca da düşmənə nifrəti artırdı. Arabada ölüm yatağında olan bir qoca arvad da var idi. Qoca arvad çətinliklə nəfəs alır, nəfəs aldıqca da sinəsi can verən adamın sinəsi kimi bərkdən qalxıb-enirdi. Hamı başa düşdü ki, arvad son anlarını yaşayır. Amma Qədirin sehrli səsi qoca arvadı elə ovsunladı ki, ölməyə hazırlaşan arvad bir anda sakitləşərək, onun səsinə qulaq asmağa başladı.

Günortaya yaxın kəndə çatdılar. Arvadlar yaralıların başının üstünü kəsdirib, yaralarına məlhəm qoydular. Amma donmuş körpəyə heç kəs yaxın gəlmədi.

Qədirə dedilər ki, körpəni basdırsın. Qədir gəlib körpəni qucağına aldı. Donmuş körpə onun qollarını dondurdu. İndi Qədir əvvəlkindən də artıq ermənilərə nifrət edirdi. Qoşun başçısının ona verdiyi qılıncı götürməməsinə indi peşmançılıq çəkirdi. O, öz-özünə söz verdi ki, mütləq gedib qoşun başçısından o qılıncı götürəcək və öz əlləri ilə erməniləri qıracaq.

Qədirin nənəsi ömrünün axrına qədər türkəçarə ilə xəstələri sağaltmışdı. Qədir bir dəfə özü-öz gözü ilə görmüşdü ki, meşədə azıb, gecəni meşədə qalmış və soyuqdan donmuş bir çobanı, nənəsi necə sağaltmışdı. O vaxt nənə neçə vedrə su isitmiş və tökmüşdü çobanın bədəninə. Sonra isə üzüm tutması ilə çobanı axşama qədər ovxalamışdı. Camaat görmüşdü ki, çoban yavaş-yavaş dirildi. Ondan sonra hamı nənəyə sehrli nənə deyirdi.

Bütün bunları Qədir hələ uşaq olanda görmüşdü. İndi nənənin türkəçarəsi onun da köməyinə çatmalı, dünyada cəmi bir neçə ay yaşamış körpəyə də kömək etməliydi. Buna görə də Qədir vaxt itirmədi. Tez ocaq qalayıb, su isitməyə başladı. Su isinən kimi onu tökdü körpənin üstünə. İsti su körpənin üstünə tökülən kimi körpənin buzu sınıb iki yerə ayrıldı. Bu vaxt Qədir bir möcüzə gördü. Sınmış buzun arasından, elə bil körpənin ürəyindən iki qanadlı uşaq, mələkə çıxdı və onlar göyə uçdular. Qədir gözlərinə inanmadı. Elə bildi ki, onu qara basır. Amma göyə baxanda gördü ki, yox mələklər doğrudan da uçurlar. Bu vaxt atası həyətə girdi. Qədir tez mələkləri atasına göstərdi ki, görsün atası da mələkləri görür, yoxsa mələklər yalnız Qədirin gözünə görünür?

Ata da mələkləri gördüyünü söyləyəndən sonra Qədir sakitləşdi. Ata-bala əmin oldular ki, uşağın ruhu müqəddəs imiş. Bundan sonra Qədir nə qədər isti su tökdüsə də uşağın buzu açılmadı ki, açılmadı. Qədir qərara gəldi ki, bir gün də gözləsin, körpənin buzu açılmasa, onu aparıb basdırsın.

Qədir çox yorğun olduğundan, oturduğu yerdə onu yuxu apardı. Bir də səsə ayıldı. Dağ kəndlərdən birindən bir atlı çaparaq gəldi ki, Ermənilərin böyük bir şəhərində zəlzələ olub və yer yarılaraq həmin şəhər, adamları ilə birlikdə yerin altına sovurulub. Zəlzələdən qaçıb canını qurtaran bir qoca erməni arvadı danışıb ki, zəlzələdən qabaq iki balaca qanadlı mələk şəhərin ən hündür evinin damına qonmuşdu.

Qədir və atası bunu eşidəndə bir-birlərinə baxdılar. Onlar əmin oldular ki, bu mələklər donmuş körpənin ürəyindən çıxan həmin mələklər imiş. .

Qədirin atası dizi üstə çökdü və əllərini göyə qaldırıb dedi:

-Ey ucalardan-uca qüdrətli Tanrı! Sən körpənin ahını yerdə qoymadın. Onun qisasını düşməndən aldın! Şükür sənin kərəminə ey xuda!

Qədir gözlərini körpəyə dikmişdi. Birdən o gördü ki, körpənin buz bədənindən çıxan mələklər yenə də uçub gəldilər və buzun arasından yenə də onun bədəninə girdilər.

Körpədən ümidini üzmüş Qədir onu aparıb basdırmaq qərarına gəldi. Götürüb onu məscidə gətirdi. Müsəlman qaydası ilə onu mürdəşirə verdi ki, körpəni basdırmamışdan qabaq yusun. Mürdəşir körpənin üstünə isti su tökdü və istədi ki, ölü salavatı oxusun, Qədirin qəmli-qəmli oxuduğu «sona bülbülləri» onun səsini kəsməyə məcbur etdi. Mürdəşir «əstəfürullah» deyib qırağa çəkildi. Qədir gözlərində yaş, mahnını qutaran kimi baxdı körpəyə. Gözlərinə inanmadı. Körpə yavaş-yavaş gözlərini açırdı. O baş verən möcüzəyə məətəl qaldı.

Məçidin nurani mollası dedi ki, körpənin ruhu ata-anasının qisasını alandan sonra rahatlaşmış və o təzədən dünyaya qayıtmışdır.

Qədir sevincək körpəni bağrına basdı və onu oğulluğa götürdü.

Nağılımız da burda sona çatdı. Bir də gördük ki, göydən leysan yağış yağır. Amma bu nə yağışı olsa yaxşıdır, süd yağışı. Lap məətəl qaldıq. Baxdıq ki, Qədirin qucağındakı körpə ağzını bərkdən açıb, süd yağışından ləzzətlə içir.

Biz içmədik, qıraqda dayandıq, baxdıq. Fikirləşdik ki, bu yəqin ki, ana südüdür