Öz gözümlə görmüşəm

                                                                   

Deyirlər ki, inanma,
Yalandır, Şaxta baba!
O hədiyyə gətirməz,
Çardaqdan evə girməz!
Necə inanmayım mən,
Öz gözümlə görmüşəm!
Palto geyib qırmızı,
Yanında da Qar qızı,
Çomaq alıb əlinə,
Torba atıb belinə,
Hər Təzə ildə gəlib,
Hədiyyələr gətirib.
Biz də onu sevmişik, 
Hamımız sevinmişik!

 

                              Müəllif:  Gülzar İbrahimova