Uşaqlar, yay gəldi, yay gəldi...

 

Bir qucaq sevinci ilə, 
Gözəl yay çələngi ilə, 
Günəşiylə, istisiylə, 
Nə yaxşı, yay gəldi, yay gəldi...

Gözəl olur hər yan yayda,
Meşə də, dəniz də, çay da, 
Uşaqlar, gəlin sevinək, 
Deyək, yay gəldi, yay gəldi...

Gecə cırcırama səsi,
Gündüz bir ağac kölgəsi, 
Yay gözəllik əfsanəsi,
Uşaqlar yay gəldi, yay gəldi...

Çimərlikdə çimək yayda,
Üzməyi öyrənək yayda,
Sevinsin, Günəş də, Ay da,
Gözəl yay gəldi, yay gəldi...
 
Budur gözəl yay fəslimiz,  
Günəş ilə isindik biz,
Dəniz qədər sevincimiz,
Gözəl yay gəldi, yay gəldi...  

   

                                Müəllif: Gülzar İbrahimova
      

 

Laylay ay canım, gözüm

Bəxtəvər qarışqa

Dünyanın bir arzusu var

Toppulu-topuş küftələr

“Oğul”, - dedi mənə Vətən


NÖVBƏTİ SƏHİFƏ